Bakı. Trend:
2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,6 faiz azalaraq, 2,5 milyard dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 390 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,1 faiz çoxdur”, – deyə nazirlikdən vurğulanıb.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023 – iyul 2024) Türkiyə 4,4 milyard dollar məbləğində sement məhsulları ixrac edib.