...

Liviyanın paytaxtında atəşkəs əldə edildi

Dünya xəbərləri Materials 10 Avqust 2024 19:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Liviyanın paytaxtı Tripolidə müharibə edən tərəflər arasında müvəqqəti atəşkəs haqqında razılıq əldə olunub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şəhərin xilasetmə və fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi Usama Əli bildirib.

“Bölgədəki tərəflər – hökumət rəsmiləri ilə Prezident Şurası nümayəndələri hələlik Tripolidəki silahlı qruplar arasında atəşkəs elan edilməsi barədə razılığa gəliblər”, - o əlavə edib.

Qeyd edək ki, avqustun 28-də Liviyanın paytaxtı Tripolidə BMT-nin tanıdığı müvəqqəti hökumətin ordusu və parlamentin təyin etdiyi hökumətin silahlı dəstələri arasında davam edən döyüşlərdə azı 32 nəfərin həlak olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti