...

Türkiyənin Qırğızıstana elektrik avadanlıqları ixracı artıb

Dünya xəbərləri Materials 12 Avqust 2024 13:54 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq, 29,4 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Qırğızıstana 4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 5,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz artaraq 9,3 milyard dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023- iyul 2024) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti