...

ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə olunmur - Dövlət Departamenti

Dünya xəbərləri Materials 14 Avqust 2024 23:55 (UTC +04:00)
ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə olunmur - Dövlət Departamenti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.

Trend-in məlumatına görə, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.

"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik. Bununla belə, biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız məsələyə keçidi müzakirə edirik”, - deyə o bildirib.

Onun sözlərinə görə, söhbət əvvəlki ikitərəfli strateji müzakirələrin inkişaf mərhələsində olan prosesdən gedir. O qeyd edib ki, bu proses təhlükəsizlik sahəsində əməkdaşlığa qarşılıqlı sadiqlik və regional sabitlikdə birgə marağa əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti