Bakı. Trend:
Beynəlxalq Qızıl Şurası dünya ölkələrinin qızıl ehtiyatları barədə məlumatları yeniləyib.
Trend-in məlumatına görə, qızıl ehtiyatlarına görə liderlik edən ölkələrin rezervləri son bir ildə ciddi dəyişikliyə uğramayıb. Banklardakı qızıl ehtiyatının həcminə görə ilk yerdə 8 133 tonla ABŞ gəlir.
Növbəti pillədə qərarlaşan Almaniyanın ehtiyatları 3 352 tondur. Bundan başqa, üçüncü yerdə İtaliya (2 452 ton), dördüncü yerdə Fransa (2437 ton), beşinci yerdə isə Rusiya (2 336 ton) dayanır.
Asiya nəhəngi Çin isə 2 264 ton ehtiyatla altıncıdır. Ölkə ehtiyatlarını il ərzində 2 ton artırıb.