Bakı. Trend:
İordaniyada “mpox” virusuna 2024-cü ildə ilk yoluxma halı qeydə alınıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoluxmuş şəxs 33 yaşlı kişidir, onda “mpox”a xas olan səpgi əmələ gəlib və sonra laboratoriya müayinəsi nəticəsində xəstəliyin dəqiq diaqnozu qoyulub. Əmmandakı əl-Bəşir xəstəxanalarında təcrid olunan şəxsin vəziyyətinin stabil olduğu qeyd edilib.
Nazirlik “mpox” monitorinqini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, İordaniya Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə bu xəstəlik qeydə alındığından krallıq üçün ilk yoluxma hadisəsi hesab olunmur.