...

Keniyada uşaq yataqxanasında baş verən yanğında ölənlərin sayı 21 nəfərə çatıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2024 20:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyeri qraflığında yataqxanada baş verən yanğın nəticəsində həlak olan uşaqların sayı 21-ə yüksəlib.

Trend-in Keniya KİV-lərinə istinadən verdiyi məlumata görə, faciə sentyabrın 5-dən 6-na keçən gecə Kieni şəhərində yerləşən Hillside Endarasha Academy məktəbinin yataqxanasında baş verib.

Yanğının səbəbləri hələ də araşdırılır, lakin məlumdur ki, faciəvi hadisə zamanı yataqxanada onlarla şagird olub. Keniyanın vitse-prezidenti Riqati Qaçaqua ilkin açıqlamasında 17 nəfərin həlak olduğunu, 70-dən çox uşağın isə itkin düşdüyünü bildirmişdi. Hazırda axtarış-xilasetmə işləri davam edir, xəsarət alanlar xəstəxanalara yerləşdirilib, yanğının başvermə səbəbləri ilə bağlı araşdırmalar aparılır. Hadisə ilə əlaqədar olaraq məktəb müvəqqəti bağlanıb, vəfat edənlərin ailələrinə yardım göstərilməsi üçün hökumət səylərini artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti