...

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub

Dünya xəbərləri Materials 14 Sentyabr 2024 15:01 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Kursk bölgəsində Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş 103 hərbçini geri qaytarıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

"Bu ilin 14 sentyabrda Kiyev ilə aparılan danışıqlar nəticəsində Kursk bölgəsində əsir götürülmüş 103 rus hərbçisi geri qaytarılıb. Əvəzində 103 ukraynalı əsiri verilib", - Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, rusiyalı hərbçilərin Ukraynadan qaytarılması prosesində vasitəçi olaraq Birləşmiş Ərəb Əmirlikləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti