Bakı. Trend:
Tayvan polisi bu səhər Livanda peycerlərin partlaması səbəbindən bu cihazların istehsalı ilə məşğul olan "Gold Apollo" şirkətini yoxlamağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə "Çjunşi sinvenvan" infromasiya agentliyi xəbər verib.
Məlumata əsasən, polis şirkətdən peycerlərin istehsalı və məhsullarını satmağın yolları haqqında ətraflı məlumat istəyib.
"Gold Apollo" şirkəti 1995-ci ildə təsis edilib. Livan mətbuatının yazdığına görə, söhbət "AR-924" modelinin peycerlərindən gedə bilər.