...

Tramp 2028-ci ildə namizədliyini irəli sürməyəcəyini deyib

Dünya xəbərləri Materials 22 Sentyabr 2024 23:57 (UTC +04:00)

Bakı. Trend:

Respublikaçılar Partiyasından ABŞ-də prezidentliyə namizəd Donald Tramp hazırkı prezidentlik yarışında məğlub olarsa, 2028-ci ildə keçiriləcək növbəti seçkilərdə yenidən namizədliyini irəli sürməyəcək.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Full Measure" proqramında deyib.

"Xeyr, irəli sürməyəcəm", - deyə respublikaçı müvafiq suala cavab olaraq bildirib. "Ancaq ümid edirəm ki, uğur qazanacağıq", - deyə o əlavə edib.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti