Bakı. Trend:
Livannın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın zərərsizləşdirilməsi qərarı, o cümlədən Livan ərazisindən atılan zərbələrə görə təxliyə edilən şimali İsrail sakinlərinin evlərinə qayıtması üçün verilib.
Trend-in məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu müraciəti zamanı deyib.
"Nəsrullahın öldürülməsi şimal sakinlərinin öz evlərinə təhlükəsiz qayıtması və uzun illər regionda qüvvələr balansının dəyişdirilməsi hədəflərimizə çatmaq üçün zəruri şərtdir", - deyə o bildirib.
B.Netanyahu əlavə edib ki, Nəsrullahın zərərsizləşdirilməsi İsrail sakinlərinin şimaldakı evlərinə qayıtmasını, cənubdakı məhbusların da qayıtmasını yaxınlaşdırır.