...

Emirates təyyarələrdə peycerləri və telsizləri qadağan edib

Dünya xəbərləri Materials 5 Oktyabr 2024 21:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Emirates Hava Yolları təyyarələrində peycer və telsizlərin daşınmasına qadağa tətbiq edib.

Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, bu qadağa həm baqaj, həm də əl yükünə şamil olunur.

“Dubaya və ya Dubaydan uçan bütün sərnişinlər üçün qeydiyyatdan keçmiş baqajda və ya əl yükündə peycer və telsizlərin daşınması qadağandır,” – aviaşirkət bəyan edib.

Əgər hər hansı bir telsiz və ya peycer əl yükündə və ya baqajda aşkarlanarsa, bu cihazlar Dubay Polisi tərəfindən müsadirə olunacaq.

Xəbər lenti

Xəbər lenti