Bakı. Trend:
İlon Mask ABŞ-də qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın Demokratlar Partiyasından rəqibi Kamala Harrisə məğlub olacağı təqdirdə həbs oluna biləcəyini ehtimal edib.
Trend bu barədə xarici KİV-ə isitnadən xəbər verir.
"Əgər o, məğlub olsa, mən bitmişəm deməkdir. Sizcə, mənim həbs müddətim nə qədər olacaq? Sizcə, uşaqlarımı görə biləcəyəm?", - İlon Mask deyib.
Qeyd olunub ki, İlon Mask, iyulda respublikaçıya edilən sui-qəsddən sonra Tampı açıq şəkildə dəstəkləməyə başlayıb. 5 oktyabrda milyarder, Batlerdə respublikaçının mitinqinə qatılıb və onun qələbəsinin ABŞ-də konstitusiya və demokratiyanın qorunması üçün vacib olduğunu qeyd edib.