...

Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış: ölənlər var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 17:20 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma stansiyasında partlayışda 4 nəfər ölüb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, qaz sisterninin partlaması nəticəsində ölənlərdən ikisi uşaqdır (5 və 6 yaşında).

Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Onların hamısının bir ailənin üzvü olub-olmadıqları da bilinmir.

Hadisə barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

xxx

17:17

Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanacaqla dolu sistern partlayıb.

Bildirilir ki, uşaq da daxil olmaqla beş nəfər xəsarət alıb, amma ilkin məlumata görə ölən yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti