...

İsrail "Hizbullah"ın PUA-larla hücumu nəticəsində 4 əsgərin öldüyünü bildirib

Dünya xəbərləri Materials 14 Oktyabr 2024 02:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 13-də Livanın "Hizbullah" hərəkatının pilotsuz uçan aparatının İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi endirilməsi nəticəsində 4 İsrail əsgəri həlak olub.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidmti bildirib.

"Bazar günü "Hizbullah" terror təşkilatı tərəfindən buraxılan pilotsuz uçuş aparatı Binyamina yaxınlığındakı hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində 4 əsgər həlak olub, daha 7 əsgər isə ağır yaralanıb", - deyə bildirilib.

Mətbuat xidməti əlavə edib ki, “bütün yaralılar xəstəxanalara çatdırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti