...

Şri-Lankada güclü leysan yağışları nəticəsində azı 3 nəfər həlak olub

Dünya xəbərləri Materials 14 Oktyabr 2024 16:27 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Şri-Lankada güclü yağışlar və onların yaratdığı daşqınlar səbəbindən azı 3 nəfər ölüb.

Trend bu barədə xarici KİV-ə isitinadən xəbər verir.

Məlumata görə, 7 oktyabrdan bəri dayanmayan leysan yağışları, adada 12 bölgədə çayın daşmasına və selə səbəb olub. Nəticədə azı 3 nəfər ölüb, 134,4 min sakin təhlükəsiz yerə köçürülüb. Təbii fəlakətdən ən çox zərər çəkən Gampaha, Kolombo və Puttalam bölgələridir. Bu bölgələrə xilasetmə qrupları göndərilib.

Qeyd edilib ki, İdarə orqanları sel bölgəsində xilasetmə əməliyyatlarını genişləndirmək üçün ölkənin dəniz qüvvələrini yüksək hazır vəziyyətə gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti