...

MİT Əl-Qaidə terror təşkilatının üzvünü ələ keçirdi

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 12:46 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyadakı Türk Silahlı Qüvvələrinin (TSQ) mövqelərinə terror hücumlarında iştirak edən Əl-Qaidə terror təşkilatının üzvü Ahmet Baykaranı Afrikada keçirdiyi əməliyyatla ələ keçirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, MİT-in apardığı kəşfiyyat işləri nəticəsində A.Baykaranın Suriyanın İdlib şəhərində yerləşən Türk Silahlı Qüvvələrinin (TSQ) mövqelərinə və TSQ konvoyuna qarşı həyata keçirilən əməliyyatlarda iştirak etdiyi müəyyən edilib.

Eyni zamanda, onun TSQ-ya qarşı bir çox əməliyyat planlaşdırdığı da ortaya çıxıb.

A.Baykara izlənildiyini başa düşdükdən sonra Afrikaya qaçıb. Orada isə MİT-in apardığı kəşfiyyat və risk analizləri nəticəsində adı açıqlanmayan Afrika ölkəsində yaxalanıb.

O, ilkin ifadəsində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktlarında iştirakını etiraf edib. Həmçinin, Türkiyədəki bir çox həssas nöqtəyə planlaşdırdığı əməliyyatları və birgə hərəkət etdiyi şəxslərin kimliyini də açıqlayıb.

Qeyd edək ki, Əl-Qaidə üzvü Ahmet Baykara Türkiyə və Suriyada Əl-Qaidə adına bir çox fəaliyyətlər göstərib. 2014-2019-cu illər arasında Suriya ərazisində Əl-Qaidə və müxtəlif qrupların tərkibində fəaliyyət göstərib. Suriya yerli polis bölmələrinə qarşı 5 hücum və Suriya Taka şəhərində 3 bombalı hücum həyata keçirib. O, Türkiyədəki həssas hədəflərə qarşı əməliyyatlar planlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti