Bakı. Trend:
İspaniyada daşqın qurbanları üçün üçgünlük matəm elan edilib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, matəm oktyabrın 31-dən noyabrın 2-dək davam edəcək.
Qeyd edək ki, güclü yağışlar nəticəsində İspaniyanın cənub-şərqində geniş bir ərazi su altında qalıb. Çaylar məcralarından çıxıb.
Yollar, evlər və ictimai binalar su altında qalıb.
Dəmir yolu əlaqəsi pozulub. Sürət qatarı relsdən çıxıb. Valensiya vilayətində isə “qırmızı” təhlükə səviyyəsi elan edilib.