...

Seul ABŞ seçkiləri zamanı Pxenyanın nüvə silahını sınaqdan keçirəcəyini istisna etmir

Dünya xəbərləri Materials 31 Oktyabr 2024 02:44 (UTC +04:00)

Balkı. TrendI:

Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyon ölkənin kəşfiyyat orqanlarının Şimali Koreyanın tezliklə nüvə silahı sınaqdan keçirə və ya qitələrarası ballistik raket buraxa biləcəyi ilə bağlı qiymətləndirmələri ilə razılaşır.

Trend-in məlumatına görə, bu barədə nazir Vaşınqtoda keçirilən brifinqdə deyib.

"Şimali Koreyanın təxribat kimi atacağı gözlənilən addımlar arasında ya qitələrarası ballistik raketin buraxılması, ya da yeddinci nüvə silahı sınağı ola bilər", - deyə o, Pxenyanın ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı hansı addımlar atacağı ilə bağlı sualı cavablandırıb.

Nazir əlavə edib ki, bununla belə, KXDR-in Amerika seçkilərinə birbaşa müdaxilə etməyə cəhd etməsi ehtimalı azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti