Bakı. Trend:
İranda minimum 6 milyon əcnəbi vətəndaş var ki, onun bir hissəsini qeyri-qanuni miqrantlar təşkil edir.
Trend-in məlumatına görə, bunu İranın daxili işlər naziri İskəndər Momeni Mazandaran vilayətində yeni valinin təyin olunması ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, İranın artıq bundan artıq əcnəbi vətəndaşı qəbul etmək, subsidiya vermək və onları işlə təmin etmək gücü yoxdur.
Momeni bildirib ki, beynəlxalq dairələr tərəfindən əcnəbi vətəndaşların ölkəyə girişinin qadağan olunmasına dair İrana minimum köməklər edilir. Buna görə ölkədə sahibkarlar əcnəbi vətəndaşların işə götürülməsi və məşğulluğu ilə əlaqədar qayda-qanunları icra etməlidirlər.
İranlı nazir deyib ki, ölkə sərhədində (Əfqanıstanla sərhəd) sərhəd divarının tikilməsi sürətlə davam etdirilir. Qeyri-qanuni əcnəbi vətəndaşlar məsələsində əsas problem onların dəfələrlə ölkəyə gediş-gəlişidir.