Bakı. Trend:
Suriya öz ərazi bütövlüyünü müdafiə etməyə davam edir və ölkənin şimalında üsyançıların hücumu zamanı “dostları və müttəfiqlərinin köməyi ilə terrorçuları məhv etməyə qadirdir”.
Trend-in məlumatına görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı zamanı deyib.
BƏƏ prezidenti Suriyanı dəstəkləyib.
Suriya ordusu hücumu müvəffəqiyyətlə və qətiyyətlə dəf etdiyini və tezliklə əks hücuma keçəcəyini bildirib.