Bakı. Trend:
İsrail ilə “Hizbullah” arasında bir il davam edən silahlı münaqişə zamanı Livanın cənubunda 15,600-dən çox bina ya zədələnib, ya da tamamilə dağılıb.
Trend xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Məlumata görə, döyüşlər nəticəsində 8 milyon tondan artıq tikinti tullantısı yaranıb. Ümumilikdə, 15 633 bina qismən və ya tamamilə məhv edilib. Ən çox zərər görən ərazilər arasında Maracyun, Bint-Jubayl və Sur şəhərləri ön sıradadır.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında başlayan İsrail-Livan hərbi əməliyyatları ilk atəşkəs razılaşmasının noyabrın 27-də səhər saatlarında qüvvəyə minməsi ilə dayandırılıb.