Bakı. Trend:
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 8,7 milyard dollara çatıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 856 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən noyabr ayı ilə müqayisədə 6,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.