Bakı. Trend:
Koreya Respublikasının Prokurorluğu prezident Yun Sok Yola dövlət sisteminə qarşı üsyan işi üzrə şübhəli statusu verib.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
"Prosedura uyğun olaraq araşdırma aparırıq və çoxlu ifadələr almışıq", - deyə hərbi vəziyyət hadisələri ilə bağlı xüsusi istintaq qrupuna rəhbərlik etmək üçün təyin edilmiş Park Se Hyon bildirib.
Bundan əvvəl prokurorluq Yun Sok Yolun dövlət cinayətində ittiham edən müxalifətçi deputatların ifadəsinin alınması ilə bağlı araşdırmaya başlayıb.