...

HƏMAS daha üç israilli əsiri azad etdi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 Fevral 2025 14:04 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qəzzada HƏMAS hərəkatı üzvlərinin azad etdiyi üç israilli əsir Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.

Trend xəbər verir ki, bu haqda İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq vasitəçilərin sərbəst buraxılmış əsirləri İsrail ərazisinə çatdırdığı bildirilir.

xxx

09:37

HƏMAS İsraillə Dohada bağlanmış atəşkəs sazişinə əsasən bu gün daha üç israilli əsiri azad edəcək.

Trend BBC-yə istinadən xəbər verir ki, sərbəst buraxılacaq əsirlərin üçü də mülki vətəndaşlardır və hər üçü kişidir (Eli Şarabi, Ohad Ben Ami və Or Levi).

Yanvarın 19-da Qəzzada atəşkəs rejimi qüvvəyə minəndən bəri HƏMAS hərəkatı 18 əsiri azad edib, bunun əvəzində Təl-Əviv öz həbsxanalarından 383 fələstinli məhbusu azad edib.

HƏMAS bu gün daha 183 məhbusun sərbəst buraxılaraq Qəzzaya qaytarılacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti