...

İsrail ordusu Livanda "Hizbullah" silahlılarına zərbələr endirib

Dünya xəbərləri Materials 8 Fevral 2025 22:00 (UTC +04:00)
İsrail ordusu Livanda "Hizbullah" silahlılarına zərbələr endirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Livanın Bekaa vadisində "strateji silah istehsalı və anbarı"nda fəaliyyət göstərən "Hizbullah" hərətəkatının silahlılarına zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Bildirilib ki, bu obyektdə fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi şəkildə pozulmasıdır.

"İsrail ordusu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün atəşkəs razılaşmalarına uyğun olaraq fəaliyyətini davam etdirəcək və "Hizbullah" terror təşkilatının qüvvələrini yenidən qurmaq cəhdlərinin qarşısını alacaq", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti