...

Pakistan ordusu Hayber-Paxtunxvada 7 terrorçunu öldürüb

Dünya xəbərləri Materials 10 Fevral 2025 00:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan ordusu, ölkənin şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində iki əməliyyat keçirərək 7 terrorçunu öldürüb.

Trend-in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əməliyyatlar Xidmətlərarası İctimai Əlaqələr (ISPR) tərəfindən açıqlanıb.

Əməliyyatlar ötən gün səhər saatlarından başlayaraq iki gün ərzində həyata keçirilib. Dera İsmayıl Xandakı əməliyyatda, biri əsas radikal olmaqla 3 yaraqlı öldürülüb, daha 2-si isə yaralanıb.

Şimali Vəziristan Agentliyində başqa bir əməliyyatda isə təhlükəsizlik qüvvələri atışmada 4 yaraqlını öldürüb, 3 nəfəri isə yaralayıb. Təhlükəsizlik qüvvələri əlavə axtarış və təmizləmə əməliyyatları aparır və qalan yaraqlıların məhv edilməsinə yönələn fəaliyyətlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti