...

Nigerdə keçid dövrü üçün Milli Konfrans Komissiyası yaradılıb

Dünya xəbərləri Materials 10 Fevral 2025 01:17 (UTC +04:00)
Nigerdə keçid dövrü üçün Milli Konfrans Komissiyası yaradılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigerin iqtidarda olan Vətənin Qurtuluşu Milli Şurasının rəhbəri Abdurahman Çiani, fevralın 15-dən 19-na qədər milli konfrans keçirmək üçün komissiya yaradılması haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, bu barədə Nigeriyanın RTN telekanalı məlumat yayıb.

Niameydə keçirilən konfransda, “keçid xartiyası”nın – müvəqqəti konstitusiya layihəsinin hazırlanması və keçid dövrünün müddətinin müəyyənləşdirilməsi gözlənilir.

Komissiyaya, Nigerin ənənəvi etnik liderlərindən biri olan Mamudu Aruna Djingarey rəhbərlik edəcək. Komissiyaya keçmiş nazirlər, akademiklər, hərbi qulluqçular, Çianinin məsləhətçiləri, din xadimləri və vətəndaş cəmiyyəti nümayəndələri daxil olacaq. Konfransın yekun qərarları üç həftə ərzində Çianiyə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti