...

İsrail HHQ Livanda Hizbullahın mövqelərinə hava zərbələri endirib

Dünya xəbərləri Materials 10 Fevral 2025 02:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş təyyarələri Livanın şərq, şimal və cənubunda yerüstü hədəflərə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası "Hizbullah" hərəkatının mövqelərini, yeraltı sığınacaqlarını və silah anbarlarını raket atəşinə tutub. Hava zərbələri, həmçinin Suriya ilə sərhədə yaxın dağlıq ərazidə yerləşən gizli yeraltı tunelə endirilib.

İsrail Müdafiə Ordusu (SAXAL) bildirib ki, HHQ Bekaa vadisi ərazisində "Hizbullah" tərəfindən silah qaçaqmalçılığı üçün istifadə edilən yeraltı tunelə zərbə endirib. İsrail hərbçiləri daha əvvəl həmin tuneli hədəfə aldıqlarını və onun bərpasının qarşısını almaqda israrlı olduqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti