...

Donald Tramp polad və alüminiuma rüsum tətbiq edəcək

Dünya xəbərləri Materials 10 Fevral 2025 04:40 (UTC +04:00)
Donald Tramp polad və alüminiuma rüsum tətbiq edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, fevralın 10-da ABŞ-yə polad və alüminium tədarükünə 25% rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Trampın açıqlamasında bildirilir ki, "polad və alüminium üçün rüsumlar bazar ertəsindən etibarən hər kateqoriya üzrə 25% olacaq".

Həmçinin, mətbuat hovuzunun verdiyi məlumata görə, Tramp fevralın 11-dən etibarən digər ölkələrə "qarşılıqlı tariflər" tətbiq etməyi planlaşdırır. Lakin bu barədə təfərrüatlar açıqlanmır. Amerika lideri Luiziana ştatına uçuşu zamanı təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Əvvəlcə, yanvarın 31-də Ağ Evdə keçirilən mətbuat konfransında Tramp, Birləşmiş Ştatların çips və əlaqədar məhsulların tədarükünə, habelə neft, qaz, polad, alüminium və misə tariflər tətbiq etmək niyyətində olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti