...

Dublində bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb

Dünya xəbərləri Materials 10 Fevral 2025 05:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiyanın paytaxtı Dublində bıçaqlı hücum nəticəsində üç nəfər yaralanıb.

Trend xəbər verir ki, hadisə bazar günü günortadan sonra şəhərin Stonybatter bölgəsində baş verib.

Metropoliten polisinin məlumatına görə, hücumu törədən şəxs hadisə yerinin yaxınlığında saxlanılıb. Yaralılar həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

“Qurbanların tezliklə sağalmasını arzulayıram və baş verənlər barədə məlumatı olan hər kəsi polisə müraciət etməyə çağırıram”, – deyə İrlandiyanın baş naziri Mihol Martin bildirib.

Dublin polisi hücumun 20 yaşlarında olan şübhəli tərəfindən təkbaşına həyata keçirildiyini düşünür. Hadisənin motivləri və təfərrüatları hələlik açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti