...

Gürcüstanda təxribat və xarici təşkilatlara əlbir olma işi üzrə istintaq başlanılıb

Dünya xəbərləri Materials 10 Fevral 2025 15:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın baş prokurorluğu mümkün təxribat və düşmənçilik fəaliyyətində xarici təşkilatlara yardımın göstərilməsi ilə bağlı işi araşdırır.

Trend xəbər verir ki, bu haqda Gürcüstanın baş prokurorluğunun mətbuat xidməti bəyanat yayıb.

"Gürcüstan Baş Prokurorluğunun istintaq şöbəsində ağırlaşdırıcı hallarla təxribat, təxribata cəhd və Gürcüstanın dövlət maraqlarına qəsd etmək məqsədilə xarici təşkilatlara və xaricdən idarə olunan təşkilatlara düşmənçilik fəaliyyətində köməyin göstərilməsi ilə bağlı istintaq başlanıb", - deyə qurum məlumat yayıb.

Məlumata əsasən, prokurorluqda istintaqa “Vahid Neytral Gürcüstan” ictimai hərəkatının təqdim etdiyi ərizə əsasında başlanılıb. Ərizədə hərəkatın üzvləri, bəzi daxili və xarici oyunçuların fəaliyyətlərində Gürcüstanın dövlət maraqlarına yönəlmiş addımların nəzərə çarpdığı qeyd olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin “Təxribat”, “Təxribata cəhd” və “Xarici dövlətə, xarici təşkilata və ya xarici dövlətin nəzarətində olan təşkilata düşmənçilik fəaliyyətində köməyin göstərilməsi” maddələri üzrə aparılır. Bu maddələr beş ildən 10 ilədək və yeddi ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti