...

HƏMAS yeni girovlar qrupunun azad edilməsini təxirə salıb

Dünya xəbərləri Materials 10 Fevral 2025 22:28 (UTC +04:00)
HƏMAS yeni girovlar qrupunun azad edilməsini təxirə salıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan və fevralın 15-də evlərinə qayıtmalı olan yeni girov qrupunun azad edilməsini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının - İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi - Əbu Ubeydə deyib.

"Son üç həftə ərzində biz düşmən tərəfindən sövdələşmənin şərtlərinin davamlı şəkildə pozulmasının şahidi olduq. Bununla əlaqədar olaraq fevralın 15-də azadlığa buraxılması planlaşdırılan əsirlərin [girovların] azad edilməsini növbəti xəbərdarlığa qədər təxirə salmaq qərarına gəldik. İsrail [müqavilənin müddəalarına] əməl etməli və son həftələrdə ona dəyən zərəri geriyə qaytarmalıdır", - deyə o "Telegram" kanalında yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti