...

Avropa İttifaqı qida məhsullarında böcəkdən istifadəyə icazə verib

Dünya xəbərləri Materials 11 Fevral 2025 14:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqı ölkələrində qida məhsullarına “Tenebrio molitor” (un böcəyi) həşəratının süfrələrindən hazırlanmış tozun əlavə olunmasına icazə verən reqlament qüvvəyə minib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, sənəd Avropa Komissiyasının saytında dərc olunub.

Məlumata görə, reqlament yanvar ayında təsdiqlənmişdi. O ilkin olaraq beş il müddətində etibarlı olacaq və müddəti uzadıla bilər.

Qeyd ed ki, un böcəyindən alınan tozdan çörək, bulka, tort, makaron məmulatları, kartoflu məhsullar, pendir və pendirli məhsullar, həmçinin meyvə və tərəvəz kompotlarının istehsalında istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti