...

"Apple" öz xəritələrində Meksika körfəzinin adını dəyişdi

Dünya xəbərləri Materials 12 Fevral 2025 13:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Google”ın ardınca “Apple” şirkəti də öz xəritələrində “Meksika körfəzi”nin adını “Amerika körfəzinə” dəyişib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, yenilənmiş xəritə əvvəl "AppleMaps"in Amerikadan olan istifadəçiləri üçün yararlı olacaq. Bir müddətdən sonra isə bütün dünya üzrə istifadəçilər yenilənmiş adı görə biləcəklər.

Qeyd edək ki, ötən gün "Google" şirkətinin öz xəritələrində rəsmi olaraq “Amerika körfəzi” coğrafi adından istifadə olunmasına başlanıldığını bəyan etmişdi. ABŞ-dən kənarda yaşayan istifadəçilər xəritələrdə həm yeni, həm də köhnə yazılışı görə biləcəklər.

Xatırladaq ki, ABŞ prezidenti yanvar ayının sonunda Meksika körfəzi adının Amerika körfəzinə dəyişdirilməsi ilə bağlı qərarını elan etmişdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti