Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin məlumat yayıb.
Litvinin sözlərinə görə, Ukrayna və ABŞ liderləri arasındakı telefon danışığı yerli vaxtla saat 19:40-da başa çatıb və təxminən bir saat davam edib.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putin ilə də telefon danışığı aparıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Tramp və Putin arasında söhbət təxminən bir saat yarım davam edib.