...

Özbəkistan və Xorvatiya əmək miqrasiyası sahəsində əməkdaşlığı genişləndirir

Dünya xəbərləri Materials 13 Fevral 2025 06:39 (UTC +04:00)
Özbəkistan və Xorvatiya əmək miqrasiyası sahəsində əməkdaşlığı genişləndirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

11 fevral 2025-ci il tarixində Özbəkistan Xarici İşlər Nazirinin müavini Olimjon Abdullaev və Xorvatiyanın Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Refik Şabanoviç videokonfrans formatında görüş keçirib.

Trend xəbər verir ki, görüş zamanı Özbəkistan vətəndaşlarının Xorvatiyaya əmək fəaliyyəti üçün mütəşəkkil şəkildə göndərilməsi, əmək miqrasiyası sahəsində hüquqi bazanın yaradılması və potensial miqrantların hazırlanması üçün xorvatiyalı mütəxəssislərin cəlb edilməsi məsələləri müzakirə olunub.

Tərəflər xarici əmək miqrasiyası sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin və iki ölkənin aidiyyəti qurumları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti