...

USAID konstitusiya quruluşunu sarsıtmaq üçün pərdə olub - Bruno Rodriqes Parrilla

Dünya xəbərləri Materials 13 Fevral 2025 08:29 (UTC +04:00)
USAID konstitusiya quruluşunu sarsıtmaq üçün pərdə olub - Bruno Rodriqes Parrilla
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kuba Xarici İşlər Nazirliyi USAID-in (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) konstitusiya quruluşunu sarsıtmaq üçün uzun müddət pərdə olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriqes Parrilla özünün teleqram kanalında açıqlama verib.

Nazir, USAID-in 1998-1999-cu illərdə yüzlərlə qeyri-qanuni əməliyyatları həyata keçirmək üçün 6 milyon dollardan çox istifadə etdiyini bildirib. 2001-ci ildən 2006-cı ilə qədər isə agentlik, Kubalıları hədəf alan 142 qeyri-qanuni layihə və fəaliyyətə 61 milyon dollar ayrıldığını vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini dayandırıb.

Xəbər lenti

Xəbər lenti