Bakı. Trend:
"OpenAI" texnologiya korporasiyasının direktorlar şurası ABŞ hökumətinin Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Maskın qeyri-kommersiya təşkilatını almaq təklifini rədd edib.
Trend-in məlumatına görə, bu barədə "OpenAI" şirkəti "X" sosial şəbəkəsində bildirib.
"OpenAI satılmır və direktorlar şurası Maskın rəqabətə zərbə vurmaq cəhdini yekdilliklə rədd edib. OpenAI-nin hər hansı potensial yenidən təşkili qeyri-kommersiya müəssisəmizi və bütün bəşəriyyətin süni ümumi intellektdən faydalanmasını təmin etmək üçün missiyamızı gücləndirəcək", - deyə qeyd olunub.