Bakı. Trend:
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son telefon danışığı iki ölkənin mövcud problemləri dialoq yolu ilə həll etməyə çalışacaqlarına güclü siqnaldır.
Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu, güclü siqnaldır ki, biz indi problemləri dialoq yolu ilə həll etməyə çalışacağıq və biz indi müharibədən deyil, sülhdən danışacağıq. Çünki əvvəlki administrasiya ilə bu neçə baş tatub: dialoqa yox, ancaq sona qədər müharibə. Bu, əvvəlki administrasiyanın rəsmi mövqeyi idi. Prezident Trampın bəyanatlarına əsasən indi mövqe belədir: biz problemləri dialoqla həll edirik, müharibə yox, bizə sülh lazımdır", - deyə o bildirib.
D.Peskov əlavə edib ki, belə bir mövqe “nəzəri olaraq hər hansı sağlam düşüncəli insana və dövlətə daha çox müraciət etməlidir”.