Bakı.Trend:
ABŞ-nin dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb. Onun Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirak edəcəyi bildirilir.
Trend xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Agentliyinin məlumatına əsasən, Rubio Riyadda rusiyalı hökumət nümayəndələri ilə görüş keçirəcək. Görüşdə ABŞ nümayəndə heyətində Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və Ağ Evin Yaxın Şərq üzrə Xüsusi nümayəndəsi Stiv Vitkoff da yer alacaq.
Xatırladaq ki, fevralın 12-də Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında saat yarım davam edən telefon danışığı olub. Telefon danışığında tərəflər təkbətək görüş keçirməklə bağlı razılığa gəliblər. Bu, Trampın ikinci müddətə prezident seçilməsindən sonra Putinlə baş tutan ilk rəsmi təmasıdır.