...

Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı artıb

Dünya xəbərləri Materials 17 Fevral 2025 13:08 (UTC +04:00)
Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı artıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin yanvar ayında Qırğızıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz artaraq 5 milyon 438 min 91 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 30 milyon 955 min 496 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 7,6 faiz artaraq, 2 milyon 548 min 164 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 30 milyard 785 milyon 242 min dollara bərabər olub.

Xəbər lenti

Xəbər lenti