...

ABŞ-də hakimlər işdən qovulur

Dünya xəbərləri Materials 17 Fevral 2025 19:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Miqrasiya məsələləri üzrə 3 milyondan çox prosesin olmasına və Donald Trampın qanunsuz miqrasiyaya qarşı mübarizə aparmaqla bağlı vədlərinə baxmayaraq, ABŞ-nin Ədliyyə Nazirliyi Miqrasiya məsələləri ilə bağlı bir neçə hakimi tutduğu vəzifədən azad edib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Tramp Ağ Evə gələndən bəri miqrantların işləri üzrə məhkəmələrin 20-dən çox əməkdaşı, o cümlədən Miqrasiyaya nəzarət üzrə icra xidmətindən azı 9 vəzifəli şəxsi işdən kənarlaşdırılıb.

Miqrasiya məsələləri üzrə hakimlərin işdən qovulması son üç ildə ABŞ-də miqrant işlərinin baxılmasında rekord gecikmələrin olması fonunda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti