...

İtaliya limanında neft tankerində iki partlayış baş verib

Dünya xəbərləri Materials 18 Fevral 2025 06:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Savona şəhərinin limanında dayanmış "Seajewel" neft tankerində iki güclü partlayış qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Fatto Quotidiano qəzeti məlumat yayıb.

Məlumata görə, Malta bayrağı altında üzən gəmi fevralın 14-də Əlcəzairdən Savonaya gəlib. Corriere della Sera nəşri bildirir ki, tankerin ekipajı neftin boşaldılması zamanı baş verən partlayışlar barədə məlumat verib. Daha sonra gəminin gövdəsində dəlik aşkar edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, neft sızması qeydə alınmayıb. Fatto Quotidiano yazır ki, Savona prokurorluğu hadisənin müxtəlif ehtimallarını – texniki nasazlıq, toqquşma və ya döyüş sursatının partlaması versiyalarını araşdırır.

Liman rəhbərliyi neftin boşaldılması zamanı bəzi anomaliyaların müşahidə edildiyini və hazırda gəmidə texniki yoxlamaların aparıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti