...

ABŞ Sənada husilərin hədəflərinə zərbələr endirib

Dünya xəbərləri Materials 19 Mart 2025 23:23 (UTC +04:00)
ABŞ Sənada husilərin hədəflərinə zərbələr endirib

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri "Ənsar Allah" (husilər) üsyançı hərəkatının nəzarətində olan Yəmənin paytaxtı Səna şəhərinə bir sıra zərbələr endiriblər.

Trend-in məlumatına görə, bu barədə üsyançılara məxsus " Al Masirah" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, ABŞ Hərbi Hava Qüvvələri Əs-Saurada tikilməkdə olan tədbirlər zalına hücum ediblər.

Hücum nəticəsində binada yanğın başlayıb və yaxınlıqdakı tikililərə də ziyan dəyib. Hadisə yerində xilasetmə qrupları işləyir. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti