...

Slovakiyada hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib

Dünya xəbərləri Materials 22 Mart 2025 00:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyada Baş nazir Robert Fiço hökumətinin siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları təşkil olunub.

Trend xəbər verir ki, bu barədə Markiza TV məlumat yayıb.

“Slovakiya Avropadır” şüarı altında keçirilən aksiyalara minlərlə insan qoşulub. Mitinq iştirakçıları hökuməti sərt tənqid edərək kabinetin istefasını tələb ediblər. Çıxış edənlər eyni zamanda Ukraynaya dəstək ifadə ediblər.

Ən böyük etiraz aksiyası paytaxt Bratislavada baş tutub və 10 mindən çox insanın iştirak etdiyi bildirilir. Slovakiya mətbuatının yazdığına görə, bir sıra xarici şəhərlərdə də oxşar etirazlar keçirilib. Aksiyalar əsasən müxalifətdə olan liberal partiyalara yaxın vətəndaş birlikləri tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti