Bakı. Trend:
Misirin əl-Bəhr əl-Əhmər vilayətində yerləşən Amont Külək Elektrik Stansiyası may ayında ölkənin ümumi elektrik şəbəkəsinə qoşulmaq üçün sınaq mərhələsinə daxil olub.
Trend yerli mediaya istinadən xəbər verir ki, layihə çərçivəsində stansiyanın generatorlarına 500 meqavat gücündə gərginlik verilib. Birləşmiş Ərəb Əmirliklərinin AMEA şirkəti tərəfindən həyata keçirilən 700 milyon dollarlıq bu layihə hər il təxminən 2 milyard kilovatsaat enerji istehsal edəcək.
Bu da karbon tullantılarının ildə 1,3 milyon ton azalmasına və 200 mindən çox mənzilin enerji ilə təmin edilməsinə töhfə verəcək.
Amont Külək Elektrik Stansiyası Misirdə bərpaolunan enerji sahəsində həyata keçirilən və ümumi dəyəri 2 milyard dollardan çox olan iri layihələrdən biridir. Bu çərçivədə Asuanda “Abidos 1” Günəş Elektrik Stansiyası da istismara verilib, həmçinin enerjinin saxlanması infrastrukturu və digər külək enerjisi layihələri üzrə işlər davam etdirilir.