Bakı.Trend:
Türkiyənin Mersin vilayətində saxta dollar əskinaslarının kütləvi çapı ilə məşğul olan gizli mətbəə ifşa olunub.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, yerli hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 7 milyon dollara yaxın saxta pul müsadirə olunub.
Məlumata görə, gizli mətbəə quraraq saxta pullar istehsal etməkdə şübhəli bilinən 3 nəfər həbs olunub.
Araşdırmalar zamanı saxlanılardan birinin bu saxta əskinasları bazara çıxardığı, digərinin isə kuryerlik etdiyi məlum olub.
Digər şübhəlilər yaşadıqları ünvanlarında saxlanılaraq nəzarətə götürülüb.