...

Qəzzanın bombardmanı nəticəsində 11 nəfər həlak olub

Dünya xəbərləri Materials 26 Mart 2025 09:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 25-də İsrailin Qəzza bölgəsinə endirdiyi zərbələr nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Qətərin “Al-Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu pilotsuz uçan aparatlar və artilleriyadan istifadə etməklə Cəbəliyə, Beyt-Lahiyə, Xan-Yunus, Rəfah şəhərlərini və Əl-Bureyc qaçqın düşərgəsini bombalayıb.

Xatırladaq ki, Qəzzada atəşkəs rejimi haqda sazişin ikinci mərhələsi üzrə danışıqların iflasa uğramasından sonra İsrail ordusu martın 18-də Fələstin anklavında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti