...

Pentaqon Litvada 4 amerikalı hərbçinin itkin düşməsi məlumatını təsdiqlənməyib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 27 Mart 2025 07:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pentaqon Litvada keçirilən planlı təlimlərdən sonra dörd amerikalı hərbçinin ölməsi barədə məlumatı hələlik təsdiqləməyib.

Trend xəbər verir ki, hərbçilərin axtarışı davam edir.

“Biz bu məlumatları təsdiqləyə bilmərik. İtkin düşmüş əsgərlərin axtarışları davam edir”, – deyə rəsmi nümayəndə bildirib.

Pentaqon, eyni zamanda, M88 zirehli təmir-təxliyə maşınının tapıldığı barədə xəbərləri təsdiqləyib.

Bildirilir ki, hərbçilər çərşənbə axşamı axşam bu zirehli maşınla təlimlərdən çıxıblar. ABŞ Quru Qoşunlarının bəyanatına görə, maşın təlim ərazisindəki su hövzəsində aşkarlanıb.

XXX

20:46

ABŞ ordusunun dörd hərbçisi Litvada, Pabrade poliqonunda taktiki təlimləri başa vurduqdan sonra həlak olub.

Trend xəbər verir ki, Litvanın "Lrytas" portalının məlumatına görə, dörd amerikalı martın 25-də axşam saatlarında təlimləri tərk edərək itkin düşüblər.

Axtarışlar nəticəsində onların avtomobili bataqlıqda tapılıb və bütün hərbçilərin həlak olduğu qeyd edilib.

Xəbər lenti

Xəbər lenti